AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



SÜRÜCÜLÜK VƏSİQƏSİ

Xidmətin adı: Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi.

Xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olan əcnəbilərə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsindən ibarətdir. Peşə ixtisas təhsili müəssisələrini və ya hazırlıq kurslarını bitirmiş, 18 yaşına çatmış, şəxslərdən yol hərəkəti, texnikanın quruluşu və istismar qaydalarından nəzəri, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların keçirilmə qaydaları və texnika sürücüsü vəsiqəsi almaq istəyən şəxslərin sənədlərinin bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə göndərilməsi, imtahanların keçirilməsi tarixlərinin müəyyən edilməsi, dövlət rüsumunun ödənilməsi barədə məlumatlar verilir.

Sürücülük vəsiqəsi

Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

- Müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq kursları keçmələri barədə təhsil müəssisəsinin sənədi;

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş fərmanda tibbi arayış;

- İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun ğdənilməsi barədə sənəd;

- İki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.

- Dövlət rüsumu bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və internet vasitəsilə ödənilə bilər;

- Növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsində elertron idarə edilmə tətbiq edilə bilər;

- Nəzəri imtahanların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi mümkündür.

Texnika sürücü vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

- Yararsız hala düşməsi;

- Etibarlılıq müddətinin qurtarması;

- Sahibinin soyadı və ya atasının adının dəyişdirilməsi;

- Yeni nümunəsinin təsdiqi nəticəsində;

- Itirilməsi;

- Yazılarda dəqiqsizlik müəyyən edilməsi;

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

- Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirlməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

- Qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməsi barədə qəbz;

- 60 və daha çox yaşı olan şəxslər üçün tibbi arayış;

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarda dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi səbəbinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyaları saxlanılmaqla, imtahansız 30 dəqiqə ərzində həyata keçirilir.

Xidmət üzrə ödəniş: Ödənişli

Dövlət rüsumunun ödənilməsi üçün rekvizitlər

Alan Bank
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK: CTREAZ22
Hesab №: AZ41NABZ01360100000000003944
Vəsaiti Alan
Adı: Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi
VÖEN: 1700221271
Hesab №: AZ95CTRE00000000000002187701
Büdcə təsnifat kodu: 142340
Büdcə səviyyə kodu: 7

Qeyd: Dövlət rüsumu bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və internet vasitəsi ilə ödənilə bilər.

İmtahana hazırlıq üçün materiallar:

1. Kənd Təsərrüfatı Texnikası

2. Yol Hərəkəti Qanunları

3. Apteçkanın Tərkibi

Xidmətlər barədə məlumatlandırma:

http://www.agro.gov.az

http://www.texnaz.gov.az

tel: (012) 562-74-18