AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



TEXNİKİ BAXIŞ

Xidmətin adı: Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi.

Xidmətin məzmunu: Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus “Baş Dövlət Texniki Nəzarət” Müfəttişliyinin rayon və şəhər Dövlət Texniki Nəzarət Müfəttişliklərində qeydiyyatda olan traktor, həmçinin meşə və kəndtəsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi, yəni texnikanın tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (zavod) və mühərrik nömrələrinin, rənginin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğu, texnikanın texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartların tələblərinə müvafiq olması, texnikanı idarə edən sürücünün sürücülük vəsiqəsində müvafiq kateqoriyanın olmasına və onun etibarlılıq müddətinə, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlərin mövcudluğuna, texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına təqdim edilməsinə nəzarəti və əks təqdirdə texnikanın istifadəsinə müvafiq qaydada qadağa qoyulmasını təmin etməkdir.

Xidmətin göstərilən nəticəsi: Texnika dövlət texniki baxışından keçirilərkən texniki müayinə aktı, texniki baxış aktı tərtib edilir. Saz texnikaya baxış talonu verilir və qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər aparılır.

Texniki baxış talonu

Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Texnikanın qeydiyyat şəhadətnaməsi;

- Texnikanı idarə edən sürücünün sürücülük vəsiqəsi;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar dövlət rüsumunun ödəniş sənədləri;

- Texnika sahibinin mülki məsuliyyətinin icbari sığortasının təmin edilməsi məqsədilə sığorta şəhadətnaməsi;

- Növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsində elektron idarə edilmə tətbiq edilə bilər.

Xidmət üzrə ödəniş: Ödənişli

Dövlət rüsumunun ödənilməsi üçün rekvizitlər

Alan Bank
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK: CTREAZ22
Hesab №: AZ41NABZ01360100000000003944
Vəsaiti Alan
Adı: Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi
VÖEN: 1700221271
Hesab №: AZ95CTRE00000000000002187701
Büdcə təsnifat kodu: 142340
Büdcə səviyyə kodu: 7

Qeyd: Dövlət rüsumu bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və internet vasitəsi ilə ödənilə bilər.

Xidmətlər barədə məlumatlandırma:

http://www.agro.gov.az

http://www.texnaz.gov.az

tel: (012) 562-74-18