KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



RƏHBƏRLİK

ALIYEV AĞAKİŞİ TƏVƏKGÜL OĞLU

30 noyabr 1960-cı ildə Ağsu rayonunda anadan olub.

1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1992-ci ildə Elmi-tədqiqat üzümçülük və şərabçılıq institutunun aspiranturasına daxil olub.

1996-cı ildə Kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi alıb.

1997-ci ildə Biznes və Hüquq İdarəçilik İnstitutunun hüquqşünaslıq fakültəsini bitirib.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Xalq iclasçısı.

1995-ci ildən Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin üzvü.

1983-1995-ci illərdə Ağsu rayonu “Pravda” sovxozunun emal müəssisəsində laboratoriya müdiri.

1986-1995-ci illərdə Ağsu Üzüm Emalı Zavodunda laboratoriya müdiri, qəbul şöbəsinin rəisi.

1995-1996-cı illərdə Ağsu rayonu “Yenilik” UİEM-də direktor müavini.

1996-1997-ci illərdə Ağsu rayonu Sabir UİEM-də direktor.

1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsində idarə rəisi.

2001-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə müdiri.

2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat Rəhbərinin müavini vəzifəsində işləmişdir.

2015-ci ilin aprel ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 4 övladı var.