KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



NAZİR İNAM KƏRİMOV DÜNYA BANKI VƏ BEYNƏLXALQ MALİYYƏ KORPORASIYASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Kənd Təsərrüfatı Naziri İnam Kərimov ilə Dünya Bankı Qrupunun Maliyyə, Rəqabət və İnnovasiyalar Birgə Qlobal Təcrübə bölməsinin Latın Amerikası və Karib hövzəsi, Şərqi Avropa və Qafqaz üzrə Təcrübə meneceri Damien Şilzin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında gələcək əməkdaşlığın perpektivlərinin müzakirəsi olub.

Nazir İnam Kərimov nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və strateji fəaliyyətinin əsas prinsiplərinin kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi olduğunu qonaqların diqqətinə çatdırıb. Bundan əlavə İnam Kərimov nazirliyin fəaliyyət istiqamətləri barədə də məlumat verib, məhsul istehsalında, xüsusilə baramaçılıq və tərəvəzçilikdə yeni innovasiyaların tətbiqindən söhbət açıb.

Nazir əməkdaşlığın birinci mərhələsində diaqnostika-məlumat bazasının yaradılması, analitik təhlil kimi məsələlərə diqqət yetirilməsini, ikinci mərhələdə ayrı-ayrı məhsullar üzrə ixracatçılara dəstək vermək və kənd təsərrüfatında sığorta sisteminin təşkilinin vacibliyini nəzərə çatdırıb.

Damien Şilz də öz növbəsində İnam Kərimovu Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən həyata keçirilən layihələr barədə nazirə geniş məlumat verib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.