KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



“Səyyar Xidmət” Qrupu 22 iyun 2018-ci il tarixində Şəki rayonunda mexanizatorlara xidmət göstərəcəkdir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu 22 iyun 2018-ci il tarixində Şəki rayonunda yerləşən Şəki Kənd Təsərrüfatı İdarəsinin Inzibati binasında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələrinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və dövlət texniki baxışının keçirilməsinə dair tədbirlər həyata keçirəcəkdir.

Tədbir saat 10.00-dan saat 17.00-a qədər davam edəcəkdir. Müraciətlərin sayından asılı olaraq tədbirin müddəti uzadıla bilər.

Bu məqsədlə nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədləri, müddəti bitmiş sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün şəxsiyyət vəsiqəsinin surəti və dövlət rüsumunun ödənilməsi barədə sənədi təqdim etməklə, əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla 30 dəqiqə ərzində yeni sürücülük vəsiqəsi ilə təmin olunacaqlar.

QEYD: yaşı 60-dan yuxarı olan mexanizatorlar müvafiq tibbi arayış təqdim etməlidirlər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti