KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən pambıq yığımınadək nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi məqsədilə kənd təsərrüfatı texnikaların dövlət texniki baxışının keçirilməsi tədbirlərini təşkil edir.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"-nin icrasını təmin etmək məqsədilə regionlarda pambıqçılığın inkişafı və bu sahəyə cəlb edilən nəqliyyat vasitələrinə ərazilərdə dövlət texniki baxışının keçirilməsinin təşkili ilə əlaqədar Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirir.

11 iyun 2018-ci il tarixində pambıq yığımınadək nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi məqsədilə Texniki nəzarətin təşkili sektoru və Regional Bölmələrin müfəttişləri tərəfindən Bərdə rayonu üzrə pambıq və pambıq məhsulları istehsalı, tədarükü, emalı və satışı ilə məşğul olan "MKT İK" MMC-nin balansında olan 60 ədəddən artıq nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilmişdir. Nəqliyyat vasitələrinə texniki baxış zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilmiş və həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə (istismara yararlı) olduğu müəyyən edilmişdir.

Eyni zamanda dövlət texniki baxışına təqdim edilməyən və pambıqçılığın becərilməsi, yığılması və daşınmasında istifadə edilən "MKT İK" MMC-nin balansında olan nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MMC-nin rəhbərliyinə tövsiyələr olunmuş və bu sahədə nəzarətin gücləndirilməsi haqqında regional bölmələrin müfəttişlərinə göstəriş verilmişdir.

Tədbirlər həmçinin İmişli, Beyləqan, Goranboy, Yevlax və digər rayonlarda da həyata keçiriləcəkdir.