KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Pambıqçılığın inkişafı ilə əlaqədar olaraq regionlarda tədbirlər davam etdirilir

Pambığın becərilməsi, yığımı və daşınmasına hazırlıq işləri ilə bağlı Dövlət Xidməti gücləndirilimiş iş rejiminə keçmişdir. Belə ki, 11 iyun 2018-ci il tarixində pambıq yığımınadək nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi məqsədilə Texniki nəzarətin təşkili sektoru və Regional Bölmələrin müfəttişləri tərəfindən Kürdəmir rayonu üzrə pambıq və pambıq məhsulları istehsalı, tədarükü, emalı və satışı ilə məşğul olan "MKT İK" MMC-nin balansında olan 85 ədəd nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilmişdir. Nəqliyyat vasitələrinə texniki baxış zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilmiş və həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə (istismara yararlı) olduğu müəyyən edilmişdir.

Eyni zamanda dövlət texniki baxışına təqdim edilməyən və pambıqçılığın becərilməsi, yığılması və daşınmasında istifadə edilən "MKT İK" MMC-nin balansında olan nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MMC-nin rəhbərliyinə tövsiyələr olunmuş və bu sahədə nəzarətin gücləndirilməsi haqqında regional bölmələrin müfəttişlərinə göstəriş verilmişdir.

Həmçinin tədbirlərin İmişli, Beyləqan, Göranboy, Yevlax və digər rayonlar üzrə keçirilməsi təşkil ediləcəkdir