KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Beyləqan rayonunda Texniki nəzarətin təşkili sektoru və Regional Bölmələrin müfəttişləri tərəfindən nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilmişdir

Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən regionlarda pambıqçılığın inkişafı və bu sahəyə cəlb edilən nəqliyyat vasitələrinə ərazilərdə dövlət texniki baxışının keçirilməsinin təşkili ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilməkdədir.

13 iyun 2018-ci il tarixində Beyləqan rayonunda Texniki nəzarətin təşkili sektoru və Regional Bölmələrin müfəttişləri tərəfindən pambıq yığımınadək nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi məqsədilə "MKT İK" MMC-nin balansında olan nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilmiş, nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MKT rəhbərliyinə və mexanizatorlara tövsiyələr olunmuş və bu sahədə nəzarətin gücləndirilməsi haqqında regional bölmələrinin müfəttişlərinə müvafiq göstərişlər verilmişdir. Tədbirlər rayonlarda həyata keçirilməsi davam etdirilir.