KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Baş Dövlət Texniki Nəzarət Xidməti xəbərdarlıq edir!

Bütün texnika mülkiyyətçilərinin və sahiblərinin nəzərinə!

Nəzərinizə çatdırırıq ki, kənd təsərrüfatı məhsullarının becərilməsi, yığılması və daşınmasında traktor və digər mexaniki nəqliyyat vasitələri, o cümlədən onların qoşqularından istifadə olunur.

Odur ki, baş verəcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə “Yol hərəkəti haqqında Qanun”unun 14-cü maddəsinin (Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar) tələblərinə riayət etməyiniz tələb olunur.