KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Regional bölmələrinin iyul ayı üzrə Hesabat toplantısı

02 Avqust.2018-ci il tarixində Bakı şəhərində Baş Dövlət Texniki Nəzarət Xidmətinin Regional bölmələrinin fəaliyyət istiqamətləri üzrə göstərdikləri xidmətlərin Hesabat toplantısı keçirilmişdir.

Toplantıda Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyev çıxış etdi. Hesabatda Regional bölmələrin hesabatları dinlənildi. Xidmətin rəisi A.Alıyev buraxılmış nöqsanlar haqqında müvafiq göstərişlər verdi. Daha sonra Hüquq, insan resursları və kargüzarlıq sektoru, Texniki nəzarətin təşkili sektoru, Texnikaların Reyestri və informasiya texnologiyaları sektorlarının işinin yerli bölmələrdə daha da gücləndirilməsi üzrə müvafiq tapşırıqlar verildi.