KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ MÜLKİYƏTÇİLƏRİN NƏZƏRİNƏ ÇATDIRIR!

Nazirlər kabinetinin 15.03.1999 cu il tarixli 39 saylı Qərarınin tələblərinə uyğun olaraq mülkiyyətçilərin nəzərinə çatdırırıq ki, onlara məxsus mexaniki nəqliyyat vasitələrinin banı,mühərriki və çərçivəsi dəyişdirildikdə həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər 10-gün müddətinə Baş Dövlət Texniki Nəzarət Xidmətinin ərazi üzrə yerli regional bölmələrinə təqdim edildiyi halda yeni qeydiyyat şəhadətnaməsi ilə təmin olunacaqlar. Beləki 39 saylı qərarın 4.7 bəndində qeyd edildiyi kimi:

1)Nəqliyyat vasitələrinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir. 2)Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.

Texnikanın qeydiyyat parametrləri qeyd olunmuş lövhə olmadığı halda texnikanın istifadəsi qəti qadağandır