KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Dövlət Qeydiyyat nişanı olmayan nəqliyyat vasitələrindən istifadə qadağandır!!!

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Gəncə Regional bölməsinin müfəttişləri tərəfindən Şəmkir rayonu ərazisində mexaniki nəqliyyat vasitələrini idarə etməyə hüquq verən sənəd(sürücülük vəsiqəsi), dövlət qeydiyyatı, dövlət qeydiyyatına alınmış lakin dövlət qeydiyyat nişanı müəyyən olunmuş yerə bərkidilmədiyi, dövlət texniki baxışın keçirilmədiyi halların aşkarlanması və yerində həll olunması məqsədi ilə reyd keçirilmişdir.

Reyd zamanı aşkarlanmış nöqsanlar üzrə müvafiq tədbirlər görülmüş, mexaniki nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokollar tətbiq edilmişdir.

Bir daha nəzərinizə çatdırırq ki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı müvafiq yerə traktor və onun qoşqusunun arxa hissəsinə bərkidilməlidir. Dövlət Qeydiyyat nişanı yerində olmayan nəqliyyat vasitələrindən istifadə qəti qadağandır.