KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



“Səyyar Xidmət” Qrupu Ağdam rayonunun Bənövşələr qəsəbəsində mexanizatorlara xidmət göstərdi

Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini 28 sentyabr 2018-ci il tarixində Ağdam rayonunun Bənövşələr qəsəbəsində təşkil etmişdir. Bu məqsədlə Ağdam, Ağcabədi, Laçın, Bərdə və digər ətraf rayonların mexanizatorları Ağdam rayonu Bənövşələr qəsəbəsində yerləşən Qəsəbə Nümayəndəliyinin inzibati binasına dəvət edilmişdir.

Tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 112 nəfər mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunmuş, 10 nəfər texnikasını dövlət qeydiyyatına almış, 2 nəfər dövlət qeydiyyat şəhadətnaməsinin yararsız vəziyyətə düşdüyü üçün duplikat almış, 10 nəfər texnikasını texniki baxışa təqdim etmişdir.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” və texnikaların idarəedilməsi zamanı təhlükəsizlik qaydalarının riayiət olunmasına dair məlumatlandırıcı söhbətlər aparılmışdır.

Tədbirin sonunda Dövlət Xidmətinin əməkdaşları kənd məktəbinin ərazisində ağac əkmə kampaniyasını təşkil etmişdir. Səyyar Xidmət” Qrupu tərəfindən ərazidə 30 dən artıq həmişəyaşıl ağaclar əkilmişdir.

Bir qayda olaraq “Səyyar Xidmət” respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcəkdir.