KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Şəki Regional Bölməsinin əməkdaşları fermer və mexanizatorlar ilə görüş keçirilib

3 oktyabr 2018-ci il tarixdə BDTNX-nın Şəki Regional Bölməsinin əməkdaşları tərəfindən Şəki rayonunun Cəfərabad, Çeşməli, Göybulaq və İbrahimkənd kəndlərində mexanizatorlar və fermerlər ilə görüş keçirilib. Görüş zamanı mexanizatorlara taxıl səpini ilə əlaqədar maarifləndirici söhbətlər aparilib, texniki təhlükəsizlik və texnikaların texniki istismar qaydaları izah olunub. Kənd təsərrufatı texnikaları və onların qoşquları ilə günün qaranlıq vaxtlarında hərəkət etməyin qadağan olduğu, qaranlıq saatlarda standartlara cavab verən işiqlandırıcı sistemlərdən istifadə edilməsinin vacib olduğu bir daha nəzərlərinə çatdırılıb.

Həmçinin mexanizatorlar və fermerləri maraqlandıran suallara operativ cavablar verilib, vətəndaşların müraciətinə baxılıb, nəticədə İbrahimkənd sakininin istifadəsində olan 1 ədəd taxılsəpən və Çeşməli kənd sakininin istifadəsində olan T-150K markalı traktor dövlət qeydiyyatına alınıb.