KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



“Səyyar Xidmət” Qrupu Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayonlarının mexanizatorlarına xidmət göstərdi

Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini 25 yanvar 2019-cu il tarixində Xaçmaz rayonunda təşkil etmişdir. Bu məqsədlə Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar mexanizatorları Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasına dəvət edilmişdir.

Tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 113 nəfər mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunmuşdur.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilmişdir.

Bir qayda olaraq “Səyyar Xidmət” respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcəkdir.