KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Baş Dövlət Texniki Nəzarət Xidmətinin Ağsu Regional Bölməsinin əməkdaşları fermer və mexanizatorlara təlimlər keçirib

Kənd təsərrüfatı nazirinin 01 noyabr 2018-ci il tarixli 151 nömrəli əmri ilə təsdiq edilmiş "Təlim və məsləhət-informasiya xidmətlərinin təşkili üzrə Strategiya" və "Təlim və məsləhət-informasiya xidmətlərinin təşkili üzrə Fəaliyyət Planı"na əsasən kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarının artırılması üçün müasir tələblərə uyğun təlimlər keçirmək, fermerlərə elmin son nailiyyətlərini təbliğ etmək və müvafiq tövsiyələr hazırlamaq, eləcə də informasiya-məsləhət xidmətlərinin daha təkmil formada təşkili məqsədilə Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən respublikanın rayonlarında fermer və mexanizatorlara təlimlərin keçirilməsi davam etdirilir.

Növbəti təlim 06 fevral tarixində Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Ağsu Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilmişdir.

Təlimlər “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkilinə dair fermerə, mexanizatorlara məsləhətlərin verilməsinin təşkili”, “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin istismarı prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin fermerlərə, mexanizatorlara izah edilməsi”, “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, dövlət texniki baxışının keçirilməsi və həmin nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsinə (dəyişdirilməsinə) dair” mövzularını əhatə edib.

Təlimdə 34 nəfər fermer və mexanizator iştirak edib. Təlimçi Elşad Feyzullazadə fermer və mexanizatorları maraqlandıran sualları cavablandırıb. Təlimlər mütəmadi olaraq həyata keçiriləcəkdir.