KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



BAŞ DÖVLƏT TEXNIKI NƏZARƏT XIDMƏTININ SALYAN REGIONAL BÖLMƏSININ ƏMƏKDAŞI RƏŞADƏT ƏSKƏROV "MKT İK" MMC-NIN BILƏSUVAR RAYON BÖLMƏSINDƏ FERMER VƏ MEXANIZATORLARA TƏLIMLƏR KEÇIRDI

27 fevral 2019-ci il tarixində "MKT İK" MMC-nin Biləsuvar rayon bölməsində Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Elşən Musayev və BDTNX-in Salyan Regional Bölməsinin Biləsuvar rayonu üzrə baş mələhətçisi Rəşadət Əskərov “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkilinə dair” və digər mövzularda təlimlər həyata keçirdi. Təlimdə 35 nəfər sürücü-mexanizator və şirkətin mühəndis-texniki heyəti iştirak etdi.

Bununla yanaşı qarşıdan gələn yaz tarla işlərinə hazırlıq, məhsuldarlığın yüksəldilməsi və pambıq yığımına hazırlıq vəziyyəti ilə əlaqədar olaraq şirkətin balansında olan traktorlara, traktor yedəklərinə və digər texnikalara texniki baxış keçirildi. Mexanizatorlara və mühəndis-texniki heyətə texnikalardan istifadə qaydalarına dair müvafiq tövsiyələr verildi.

Pambıq əkini zamanı təhlükəsizliyin təmin edilməsi, xüsusilə hərəkətdə olan traktorların istismarı zaman yol hərəkəti qaydalarına riayət edilməsi, işiqlandırma sistemlərində olan nasazlıqların aradan qaldırılması bir daha mexanizatorların və cavabdeh şəxslərin nəzərinə catdırıldı. Eyni zamanda mexanizatorların sürücülük vəsiqələrinin etibarlılıq müddəti və kateqoriyalarının idarə etdikləri texnikalara uyğun olub-olmaması bir daha yoxlanıldı, çatışmazlıqlar barədə məsul şəxslər məlumatlandırıldı.

Mövcud təlimatlar və qaydalar baradə maarifləndirmə işləri aparıldı.