KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa və Daşkəsən rayonları mexanizatorlarının nəzərinə!

Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu 16 mart 2019-cu il tarixində, saat 10:00-da Qazax rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi tədbirlərini həyata keçirəcəkdir.

Əlaqə :

(050-562-69-27) Azər Qarayev

(055-566-44-77) Nəbi Kazımov