KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Bərdə regional bölməsinin əməkdaşları Ağcabədi rayonunda mexanizatorlar ilə görüş keçirdi

13.03.2019-cu il tarixdə Bərdə regional bölməsinin əməkdaşları təlim qrafikinə uyğun olaraq Ağcabədi rayonu Hacıbədəlli kəndində mexanizator və fermerə “Texniki təhlükəsizlik qaydaları” və "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkili" mövzusunda təlimlər kecirdi.

Həmçinin Təlimata uyğun olaraq traktor və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitələrinin idarə edilməsi üçün imtahanların qəbulu, elektron qaydada müraciət etmək qaydaları, sürücülik vəsiqələrinin olması və idarə etdikləri traktor-ekskavatorlara uyğun kateqoriyaların olmasının vacıbliyi iştirakçılara izah edildi. Təlimçilər İsmayıl Əliyev, İnqilab Mirzəyev və Kamil Novruzov mexanizatorları maraqlandıran suallara ətraflı cavab verildi və maarifləndirmə işləri aparildı. Əməyin muhafizəsi və texnikaların təyinatı üzrə istifadəsinə dair məlumatlar verildi və kənd təsərrüfatı texnikalardan istifadə edərkən təhlükəsizlik qaydalarına necə əməl edilməsi mexanizatorların nəzərinə çatdırıldı.

Təlimlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.