KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Agsu RB-nin əməkdaşı Şamaxı rayonunda mexanizatorlara təlim keçirdi

08 aprel 2019 cu il tarixində Ağsu RB-nin Şamaxı rayonu üzrə müfəttişi Məhərrəm Əhmədov Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən Az-Qranata MMC–yə məxsus bağlarda mexanizatorlara “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin istismarı prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblər”, “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkili” və “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin təyinatı üzrə istifadə edilməsi” mövzusunda təlim keçirdi. Təlimdə 10 nəfər mexanizator iştirak etdi.

Təlim zamanı mexanizatorlara texnikaların dövlət qeydiyyatının aparılması, dövlət texniki baxışının keçirilməsi qaydalarına və bu sahədə qanunvericiliyin tələblərinə dair məlumatlar verildi.

Təlimçi Məhərrəm Əhmədov tərəfindən mexanizatorları maraqlandıran suallar cavablandırıldı.