KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Lənkəran Regional Bölməsinin əməkdaşı Lerik rayonu ərazisində növbəti təlim keçirdi

Lənkəran Regional Bölməsinin əməkdaşı 27.03.2019-cu il tarixində Lerik rayonu Cəngəmiran kəndi ərazisində mexanizator və fermerlərə təlim keçirdi. Tədbirdə 6 nəfər mexanizator iştirak etdi. Təlimata uyğun olaraq təlimçi Lerik rayonu üzrə müfəttiş Nəbiağa İskəndərov “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin istismarı prosesində texniki təhlükəsizlik qaydaları, və onların təyinati üzrə istifadə edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu, elektron formada müraciət etmək qaydaları” mövzusunda təlim keçdi. Həmçinin traktor və diger nəqliyyat vasitələrinin vaxtıə-vaxtında dövlət texniki baxışın keçirilməsi, nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülik vəsiqələrinin kateqoriyalarının idarə etdikləri traktor-ekskavatorlara uyğun olmasının vacıbliyi izah edildi. Texnikaların dövlət qeydiyyatına alınması, sürücülik vəsiqələrinin əldə edilməsi qaydaları və dövlət rusumları barədə məlumatlar verildi. Mexanizatorları maraqlandıran suallara ətraflı cavab verildi.