KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Şəki Regional Bölməsinin əməkdaşlarının Balakən, Zaqatala və Qax rayonlarında növbəti reyd keçirildi

09 aprel 2019-cu il tarixdə Şəki RB-nin əməkdaşlarının Balakən, Zaqatala və Qax rayonlarının ərazisində növbəti reyd keçirdi. Reydin məqsəd mexanizatorlarla maarifləndirici tədbirlərin keçirilməsi olmuşdur. Reyd zamanı 10–a yaxın traktor saxlanılmış, onlara yol hərəkəti qaydaları, texniki təhlükəsizlik qaydaları, asılan –qoşulan kənd təsərrüfatı texnikalarından düzgün istifadə haqqında məlumatlar verildi. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi fərdi şəkildə izah olunmuşdur. Əlavə olaraq hər bir mexanizatora Dövlət Texniki Nəzarət Xidmətində vətəndaşlara göstərilən xidmətlər üzrə mövcud dövlət rüsumları və texniki təhlükəsizlik qaydaları haqqında bukletlər paylanılmışdır. Həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, elektron formada müraciət etmə qaydaları ətraflı izah olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdiriləcəkdir.