KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Ağsu Regional Bölməsinin əməkdaşı "Nikitin” adına kolxozda növbəti təlim keçirdi

15 aprel 2019- cu il tarixində İsmayıllı rayonunda yerləşən "Nikitin” adına kolxozun traktor parkında İvanovka və ətraf kəndlərin fermer və mexanizatorlarına “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin istisimarı prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair” ümumi tələblərin yerinə yetirilməsi ilə əlaqədar , Ağsu RB -nin baş məsləhətçisi Aslanov Alim Bəhmən oğlu tərəfindən təlim keçirilmişdir. Təlim zamanı həmçinin mexanizatorlara yol hərəkəti qaydalarina ciddi riayət olunması tövsiyə edilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimdə 25 nəfər iştirak etmişdir.