KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Baş Dövlət Texniki Nəzarət Xidməti “Sürücülük vəsiqəsi” aylığı keçirir

Respublika ərazisində fiziki və hüquqi şəxslərə məxsus traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin mövcudluğu, kateqoriyaların uyğunluğu, etibarlılıq müddətinin vəziyyətinin öyrənilməsi məqsədilə 1-31 may 2019-cu il tarixlərində Xidmətin regional bölmələrində “Sürücülük vəsiqəsi” aylığı keçirilməsinə start verildi. Bu məqsədlə Xidmətin regional bölmələri tərəfindən “Yol hərəkəti haqqında” Qanununun 34-cü maddəsinin 1-ci bəndinə əsasən “sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək üçün hüquq verən sənəd” olduğu, traktor və digər mexaniki nəqliyyat vasitələrinin sürücülərinin müəyyən olunmuş qaydalara uyğun sürücülük vəsiqəsi olmadan idarə edildikdə, kateqoriyalar uyğun olmadıqda və ya vəsiqələrin etibarlılıq müddəti bitdikdə nəqliyyat vasitələrinin sürücüləri və müəssisə rəhbərləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları onların diqqətinə çatdırılması bir daha təmin ediləcək yerlərdə maarifləndirmə tədbirləri həyata keçiriləcək.