KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Respublika ərazisində “Sürücülük vəsiqəsi” aylığı keçirilir

Respublika ərazisində fiziki və hüquqi şəxslərə məxsus traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin mövcudluğu, kateqoriyaların uyğunluğu, etibarlılıq müddətinin vəziyyətinin öyrənilməsi məqsədilə Xidmətin regional bölmələrində “Sürücülük vəsiqəsi” aylığı keçirilir.

Bu məqsədlə Xidmətin rəisi Azər Qarayev regionlara ezam olunmuş və 13 may 2019-cu il tarixində Şəki regional bölməsinin əməkdaşları ilə birgə reyd keçirmişdir

Reyd zamanı “sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək üçün hüquq verən sənəd” olduğu, traktor və digər mexaniki nəqliyyat vasitələrinin sürücülərinin müəyyən olunmuş qaydalara uyğun sürücülük vəsiqəsi olmadan idarə edildikdə, kateqoriyalar uyğun olmadıqda və ya vəsiqələrin etibarlılıq müddəti bitdikdə nəqliyyat vasitələrinin sürücüləri və müəssisə rəhbərləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları onların diqqətinə çatdırılmış və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Sürücülük vəsiqəsi olmayan mexanizatora traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi almasi tövsiyə olunmuşdur.

Mexanizatorlara BDTNX-nin göstərdiyi xidmətlər, onların rüsümları və digər məlumatları əks etdirən bukletlər paylanmışdır.

Həmçinin sürücülük kurslarını bitirmiş vətəndaşlardan nəzəri və praktiki imtahanlar götürülmüşdur. 45 nəfərin sürücülük vəsiqələri dəyişdirilmişdir.