KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Aqrolizinq ASC-nin Ağdam Bölmə İdarəsində təlim keçirildi

15.05.2019-cu il tarixdə DTNX-nin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən təlim qrafikinə uyğun olaraq Aqrolizinq ASC-nin Ağdam Bölmə İdarəsində təlim keçirildi. Təlimdə 11 nəfər mexanizator və fermerin iştirak etdi. Təlimçilər İnqilab Mirzəyev, Kamil Novruzov və Qədir Quluyev tərəfindən texnikaların iştirakçılara mövsümi işlərə hazırlığı, o cümlədən ot biçini, otların bağlanması və yığımı zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və kombaynların taxıl biçininə hazırlığı barədə ətraflı məlumatlar çatdırıldı.