KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Baş Dövlət Texniki Nəzarət Xidmətinin Qəbələ Regional Bölməsinin əməkdaşları fermer və mexanizatorlara növbəti təlimlərini keçirdi

05 may 2019-cu il tarixində Baş Dövlət Texniki Nəzarət Xidmətinin Qəbələ Regional Bölməsinin əməkdaş təlim qrafikinə uyğun olaraq "Aqrolizinq " ASC -nin Ağdaş rayon üzrə bölməsində növbəti təlimini keçirdi.

Təlimlərə dəvət olunmuş fermer və mexanizatorlara “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığı, onların istismarı prosesində texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və mövsümi işlərə hazırlığının təşkilinə dair” təlimlər keçirildi. Təlimlərlərdə 12 nəfər fermer və mexanizator iştirak etdi.

Təlim zamanı həmçinin iştirakçılara “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, dövlət texniki baxışının keçirilməsi və həmin nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsinə (dəyişdirilməsi) haqqında məlumatlar, texnikaların təyinatı üzrə istifadəsi, texnikalardan düzgün istifadə edilməsinə riayət edilməsi qaydaları izah olundu. Mövcud təlimatlar və qaydalar baradə maarifləndirmə işləri aparıldı. Təlimçi Ağdaş rayonu üzrə müfəttiş Əliyar Alxasov tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Təlimlərin keçirilməsi mütəmadi olaraq davam etdirilir.