KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Bərdə regional bölməsinin əməkdaşları Ağcabədi rayonunda Laçın rayonu Alxaslı obasında təlim keçirdi

22.05.2019-cu il tarixdə DTNX-nin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən təlim qrafikinə uyğun olaraq Ağcabədi rayonunda Laçın rayonu Alxaslı obasında təlim keçirildi. 14 nəfər mexanizator və fermerin iştirakı ilə keçirilən təlimçilər: İsmayıl Əliyev, İnqilab Mirzəyev və Kamil Novruzovtərəfindən keçirilən təlimdə texnikaların mövsümi işlərə hazırlığı, o cümlədən ot biçini, bağlanması və yığımı zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və taxıl biçini zamanı kombaynların biçinə hazırlanması, texniki baxışa təqdim edilməsi və sığorta olunmasının vacibliyi barədə ətraflı məlumatlar çatdırıldı.