KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Kürdəmirdə kənd təsərrüfatı texnikalarına qarşı reyd keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Dövlət Yol Polisi ilə birgə Kürdəmir rayonunda kənd təsərrüfatı texnikalarına qarşı reyd keçirib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, reydin əsas məqsədi kənd təsərrüfatı məhsullarının sahələrdən itkisiz yığılması, sürücülərin təhlükəsizlik qaydalarına riayət etməsi, dövlət qeydiyyatına alınmayan və texniki baxışdan keçməyən nəqliyyat vasitələrini aşkarlamaq olub.

Reyd zamanı dövlət nömrə nişanı olmadan, təhlükəsizlik qaydalarına riayət etməyən, texnikalara əlavə konstruksiya quraşdırmış sürücülər aşkarlanaraq cərimələniblər.

Bu reydlərin mövsümə uyğun olaraq mütəmadi keçirilməsi nəzərdə tutulub