KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Saatlı rayonunda sahədə mexanizatorlara təlim keçirildi

Saatlıda rayonunda taxıl biçininə start verildi. 04 iyun 2019-cu il tarixində İmişli regional bölmənin əməkdaşı Mirələm Ağayev tərəindən rayonun Qara-Nuru kəndi ərazisində taxıl sahəsində mexanizatorlara və fermerlərə təlim keçirildi.

Təlimdə rayona biçinə nəzarət məqsədilə təhkim olunmuş Zəngilan üzrə müfəttiş Vəliyev Hikmət və 12 mexanizator iştirakı etdi. Təlimin məzmunu əsasən taxıl biçini zamanı yanğln təhlükəsizlik qaydalarına riayət və biçinin itgisiz başa çatdırılması tədbirlərinə həsr olunmuşdu.

Tədbir zamanı həmçinin mexanizatorların vəsiqələrinin kateqoriya uyğunluğu yoxlanıldı. Sonunda mexanizatorları və fermerləri maraqlandıran suallar cavablandırıldı.