KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



AĞDAM RAYONUNDA FERMER VƏ MEXANİZATORLARA TƏLİM KEÇİRİLİB

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonunun döyüş bölgəsində yerləşən Mirəşəlli, Sarıcalı və Çəmənli kəndlərində taxıl biçini aparılan sahələrdə fermer və mexanizatora “Traktor və digər mexaniki nəqliyyat vasitələrinin istismarı prosesində texniki təhlükəsizlik qaydaları, onların təyinatı üzrə istifadə edilməsi, mövsümü işlərə hazırlıq və kombaynların istifadəsi zamanı ümumi təhlükəsizlik tələbləri” mövzusunda təlimlər keçirilib. Təlimdə bölgə fermerləri, mexanizatorlar, Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarının nümayəndələri iştirak edib.

Təllim iştirakcılarına texnikalardan səmərəli istifadə olunması, taxılyığan kombaynların taxıl biçininə hazırlığının təşkili, taxil bicini prosesində təhlükəsizlik qaydalarına əməl edilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydaları izah olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Təlimdə fermer və mexanizatorları maraqlandıran sullar təlimçilər tərəfindən ətraflı çavablandırılıb.

Sonda hər bir iştirakçıya Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən “Taxılyığan kombaynların təhlükəsizlik qaydaları” üzrə hazırlanmış buklet və təlimatlar təqdim edilib.