KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Şamaxı rayonunda taxıl biçini uğurla davam edir

Biçinlə bağlı məlumatların operativ toplanmasını, mexanizatorlarlar tərəfindən yanğın təhlükəsizliyinə və əməyin mühafizəsinə dair ümumi tələblərin yerinə yetirilməsi, texnikalara zəruri texniki qulluğun göstərilməsinə nəzarət edilməsi, mərkəzdən daxil olmuş şikayət və tapşırıqların operativ olaraq araşdırılması, təhlilinin aparılmasını və aradan qaldırılmasını, monitorinqlərin keçirilməsini və mütəmadi olaraq mərkəzi qərargaha məlumatların çatdırılmasını təmin etmək məqsədilə Aqrar Xidmətlər Agentliyinin Texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri şöbəsinin əməkdaşları rayonlara təhkim olunmuşdur.

Hal-hazırda əməkdaşlarımız və yerlərdəki nümayəndələr Şamaxı rayonunun Qurdtəpə kəndindədir. Burada taxıl biçini uğurla davam etməkdədir. Biçinin mütəşəkkil həyata keçirilməsi məqsədilə əvvəlcədən lazımi hazırlıq işləri görülmüş, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr, mövcud imkanlar səfərbərliyə alınmışdır.

Taxıl və ot yığımına başlamazdan bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlanır, ilkin odsöndürmə vasitələri ilə tam təmin edilməsi yoxlanılır.

Texnika dislokasiyası ilə bağlı bütün məslələr operativ həll edilir. Aqritexniki qulluğun vaxtlı-vaxtında keçirildiyi sahələrdə məhsuldarlıq hər hektarda 35 sentner və daha artıqdır. Aqritexniki qulluğun zəif aparıldığı sahələrdə isə məhsuldarlıq hər hektarda 8-10 sentner arasıdır.

Taxıl biçini uğurla davam etdirilir