KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Ağcabədidə tədbir keçirildi

17 iyul 2019-cu il tarixində Ağcabədi rayonu üzrə DAİM-də Dövlət Yol Polisi İdarəsi, yerli icra nümayəndəliyinin səlahiyyətli şəxsləri və AXA-nın əməkdaşları ilə birgə tədbir keçirildi.

Tədbirə həmçinin rayonun iş adamları, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar dəvət olundu.

Tədbirin məqsədi yol qaydalarına riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişlənməsi və xidmətin fəaliyyəti haqqında maarifləndirmə işlərinin aparılması idi.

Qeyd edilən məsələlər müzakirə edildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Eyni zamanda xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, şəffaflığın, vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə yeni təkliflər irəli sürüldü.

Sonda iştirakçılara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən bukletlər paylanmışdır.