KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



AXA-nin Şəki Regional Bölməsinin əməkdaşları növbəti reyd keçirdi

16 iyul 2019-cu il tarixində Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Şəki rayonunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini almaq üçün keçirilən nəzəri və təcrübi imtahanların qəbulu zamanı şəffaflığa nəzarət məqsədilə iştirak etdi.

Həmçinin kənd yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirməsi, dövlət qeydiyyatdan keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə növbəti reydlər təşkil edildi.

Reyd zamanı nəqliyyat vasitələri saxlanmış, traktor və digər mexaniki nəqliyyat vasitələrinin istismarı prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin yerinə yetirilməsi vəziyyətinə baxılmış, aşkar olunan nöqsanların qarşısının alınması haqqında mexanizatorlara tövsiyələr verildi.

Aşkarlanmış nöqsanlar üzrə texnika mülkiyyətçilərinə “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərə isə üç yüz manat məbləğində cərimə” protokolları tətbiq edilib.

Mexanizatorlara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən bukletlər paylanmışdır.

Cari gün ərzində kəndlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq fermer və mexanizatorlara kəndlərdə təlimlər keçirildi, onları maraqlandıran suallar cavablandırıldı.