AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



Nazir Heydər Əsədov İFAd-ın Azərbaycan üzrə programlarının rəhbəri Tarek Kotbla görüşüb.

May ayının 31-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) Azərbaycan üzrə ölkə proqramlarının rəhbəri Tarek Kotbla görüşüb.

Görüşdə İFAD və Azərbaycan Hökumətinin birgə icra etdiyi layihələr müzakirə edilib, növbəti əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Heydər Əsədov ölkə başçısının kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan danışıb və ölkəmizdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Nazir İFAD-la əməkdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, İFAD tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib . İFAD-ın Azərbaycanda 20 ildir ki, kənd təsərrüfatı layihələrini dəstəklədiyini xatırladan Heydər Əsədov və gələcəkdə bu sahədə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə bildirilib ki, ötən müddətdə İFAD ölkəmizdə 3 layihə və 1 proqramın icrasında iştirak edib. İcrası davam edən “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” (KYKİL) isə İFAD-ın iştirak etdiyi 5-ci layihədir. KYKİL-nin icrası nəticəsində Yevlax və Ağdaşda 74,4 min ha ərazidə ikinci və üçüncü dərəcəli suvarma-sistemləri təmir-bərpa olunacaq, 26 mindən çox təsərrüfatın suvarma suyuna olan tələbatı yaxşılaşacaq, təsərrüfatlarda daha yaxşı nəticələr əldə etməyə imkan yaranacaq.

Görüşdə, həmçinin kənd təsərrüfatının digər prioritet istiqamətləri də müzakirə olunub və bu sahələrdə icrası mümkün olan layihələrə toxunulub.

Səmimi qəbula görə təşəkkürü bildirən qonaq, ölkəmizlə bu beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.