KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları Samara vilayətində dostluq görüşü keçirmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları 2017-ci il 26 iyun – 01 avqust tarixlərində Rusiya Federasiyasının Samara vilayətində olmuş, Rusiya Federasiyasının Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları ilə dostluq görüşü keçirmişdir.

Görüşdə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi baş məsləhətçiləri Qarayev Azər Qasım oğlu, Vəliyev Etibar Tapdıq ilə Dövlət Texniki Nəzarət Müfəttişliyinin Samara vilayəti üzrə rəis vəzifəsini icra edən İqoşin Sergey Nikolayeviç, Stavropol rayonunun Talyatti şəhəti və Samara vilayətinin Jiquli rayonu üzrə baş məsləhətçi-rəisi Rumyançev Sergey Aleksandroviç və digər əməkdaşlar iştirak etmişdir.

Keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər (nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, texniki baxışın keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi prosedurları) ətrafında fikir mübadiləsi aparılmış və perspektiv mövzular müzakirə olunmuş, qarşılıqlı iş təcrübələri öyrənilmişdir.

Həmçinin səfər zamanı Qarayev Azər Qasım oğlu və Vəliyev Etibar Tapdıq oğlu “özüyeriyən maşınların texniki nəzarət və diaqnostika üzrə eksperti üzrə” ixtisasartırma kursunu uğurla bitirərək və sertifikat ilə təltif edilmişdir.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində xidmət sahəsinin inkişaf etdirilməsi, yeni praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində görülən işlər daim diqqət mərkəzində olacaq və bu istiqamətdə zəruri addımların atılması davam etdiriləcəkdir.