KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



"SƏYYAR XİDMƏT QRUPU" Aqrar universitetində məzun olan tələbələrdən test imtahani götürmüşdür

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilmişdir. 15 iyul 2017-ci il tarixində bu kursları müvəffəqiyyətlə bitirmiş tələbələrə test üsulu ilə imtahanların qəbulu təşkil olunmuşdur.

İmtahanların qısa müddətdə və şəffaf qəbul edilməsi məqsədilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu Gəncə şəhərinə ezam edilmişdir.

İmtahanda iştirak edən 70 tələbədən 58 nəfəri proqrama uyğun olaraq sualları müsbət cavablandırmış və nəticədə hər biri traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi ilə təmin edilmişdir.