KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



Səyyar Xidmət Qrupu 25.08.2017-ci il tarixində Şəmkir rayonunda mexanizatorlara xidmət göstərmişdir

25 avqust 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması prosedurunu Şəmkir rayonunda (Şəmkir, Qazax, Gədəbəy, Ağstafa və Tovuz) rayonlarını əhatə etməklə) davam etdirmişdir.

Həmin gün 90 nəfər vətəndaş etibarlılıq müddəti bitmiş və ya yararsız vəziyyətə düşmüş sürücülük vəsiqələri dəyişdirilərək yenisi ilə əvəz edilməsi üçün müraciət etmişdir.

Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınmasına dair tədbirlər respublikanın digər rayonlarında da müntəzəm olaraq davam etdiriləcəkdir.