KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Səyyar Xidmət qrupu Yevlax rayonunda mexaznizatorlara xidmət göstərmişdir

09 iyun 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması prosedurunu Yevlax rayonunda (Yevlax, Goranboy, Göygöl, Samux, Daşkəsən rayonlarını əhatə etməklə) davam etdirmişdir.

Həmin gün “Səyyar Xidmət” Qrupu tərəfindən 91 nəfər vətəndaşın etibarlılıq müddəti bitmiş və ya yararsız vəziyyətə düşmüş sürücülük vəsiqələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınmasına dair tədbirlər respublikanın digər rayonlarında da müntəzəm olaraq davam etdiriləcəkdir.