KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



Bu gün bizim peşə bayramımızdır

31 oktyabr 2017-ci il tarixində 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Dövlət Müfəttişliyinin rəisi Ağakişi Alıyev açaraq Müfəttişliyin bütün işçilərini bu bayram münasibətilə təbrik etdi, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.

Tədbirdə Dövlət Müfəttişliyinin rəis müavini Elşən Rzazadə öz çıxışında aqrar sahədə əldə olunmuş nailiyyətlərin dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının təzahürü olduğunu bildirdi. Belə ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda fəaliyyətinə görə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi, dövlət qulluğunun baş müşaviri Ağakişi Təvəkgül oğlu Alıyev Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2017-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bu münasibətlə Dövlət Müfəttişliyinin əməkdaşları Ağakişi Alıyevi təbrik etdilər.

A.Alıyev kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə prezidentinə, nazirliyin rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirərək, ölkəmizdə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar qarşıya qoyulmuş məqsədlərdən və bu sahədə əldə olunan uğurlar barədə danışaraq, üzərimizə böyük məsuliyyət düşdüyünü və bundan sonrada kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlərin əldə olunması üçün öz səylərimizi əsirgəməyəcəmizi bildirdi.