KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



Müfəttişliyin "SƏYYAR XİDMƏT" qrupu İmişli rayonunda vətəndaşlara xidmət göstərəcəkdir

Xocavənd, Beyləqan, Füzuli, İmişli rayonları mexanizatorlarının nəzərinə! Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu 22 dekabr 2017-ci il tarixində İmişli rayonunda yerləşən Kənd Təsərrüfatının Inzibati binasında müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələrinin dəyişdirilməsi tədbirini həyata keçirəcəkdir.

Tədbir saat 10.00-dan saat 15.00-a qədər davam edəcəkdir. Müraciətlərin sayından asılı olaraq tədbirin müddəti uzadıla da bilər.

Bunun üçün mexanizatorlar şəxsiyyət vəsiqəsini, müddəti bitmiş sürücülük vəsiqəsini və dövlət rüsumu haqqında qəbzi təqdim etməklə, əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla 30 dəqiqə ərzində yeni sürücülük vəsiqəsi ilə təmin olunacaqlar.

QEYD: yaşı 60-dan yuxarı olan şəxslər özləri ilə müvafiq tibbi arayış təqdim etməlidirlər.