TEXNİKANIN QEYDİYYATI
Xidmətin adı: Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması.
Xidmətin məzmunu: Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə məxsus texnikaların qeydiyyatının və təkrar qeydiyyatının aparılmasından ibarətdir. Beləki, güc nazirliklərinə məxsus texnikalar istisna olmaqla dövlət qeydiyyatı texnikaların konstruksiyalarının texniki vəziyyətini və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, uçot göstəricilərində dəyişiklik aparılması, texnikaların sahibləri tərəfindən rüsumların ödənilməsi, sahibin mülki məsuliyyətinin icbari sığortasının təmin edilməsi tələb olunur.
Texnikanın qeydiyyata alınması, uçotdan çıxarılması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nömrə nişanlarının verilməsi “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” nin ərazi üzrə rayon (şəhər) orqanları texnikaların qeydiyyatı, əldə etdiyi vaxtdan on gün ərzində:
- fiziki şəxsin yaşayış yeri üzrə;
- hüquqi şəxsin yerləşdiyi ünvan üzrə;
- texnikanın mühərrik, şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat nişanlarının dəyişdirilməsinin tələb olunduğu hallarda aparılır.
Qeydiyyat şəhadətnaməsi


Texnikanın qeydiyyata alınması üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- Fiziki (Hüquqi) şəxslər tərəfindən ərizə;
- Gömrük orqanlarının verdiyi icazə sənədləri, qaimə(invoys), yol-nəqliyyat qaimələri;
- İstehsalçı zavodun verdiyi sənədlər (texniki pasport, sertifikat, arayış-hesab, təhvil-təslim aktı);
- Aqreqat dəyişdirildikdə, əldə edilməsinə aid sənədlər;
- Komisyon və ya ticarət təşkilatının verdiyi hesab arayış;
- Qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, ləğv etmə, vərəsəlik və sair şəhadətnamələr;
- Texnikanın əvvəlcədən qeydiyyata alındığı və qeydiiyatdan çıxarıldığı sənədlər;
- Texnika mülkiyyəyçisinin məsuliyyətinin icbari sığortası şəhadətnaməsi.
Xidmət üzrə ödəniş: Ödənişli
Dövlət rüsumunun ödənilməsi üçün rekvizitlər
Alan Bank | |
Dövlət Xəzinədarlığı Agentliyi | |
Kod: | 210005 |
VÖEN: | 1401555071 |
M/h: | AZ41NABZ01360100000000003944 |
S.W.I.F.T BİK: | CTREAZ22 |
Hesab №: | AZ41NABZ01360100000000003944 |
Vəsaiti Alan | |
Adı: | Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi |
VÖEN: | 1700221271 |
Hesab №: | AZ95CTRE00000000000002187701 |
Büdcə təsnifat kodu: | 142340 |
Büdcə səviyyə kodu: | 7 |
Qeyd: Dövlət rüsumu bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və internet vasitəsi ilə ödənilə bilər.
Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunundan çıxarış: 18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:[136]18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat;18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat; 18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 11 manat.[142]18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi: 18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 17 manat;18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manat.[143]
Xidmətlər barədə məlumatlandırma:
http://www.agro.gov.az
http://www.texnaz.gov.az
tel: (012) 562-74-18