KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT XİDMƏTİ



Hesabat

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi

2017-ci il üzrə illik Hesabatı!

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olaraq vəzifə və hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə və tabeliyindəki rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə əsasən Dövlət Müfəttişliyi öz fəaliyyətini aşağıdakı ardıcıllıqla təşkil edir:

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi nəqliyyat vasitələrinin dövlət qeydiyyatına, təkrar qeydiyyata, müvəqqəti uçota və müvəqqəti qeydiyyata alınması, qeydiyyatdan və ya uçotdan çıxarılması, ipoteka müqaviləsinin qeydiyyata alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini, nəqliyyat vasitəsinin dövlət texniki baxışının keçirilməsi və traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini), nəqliyyat vasitəsindən istifadəyə nəzarətin edilməsini, daşınar əmlakın rəsmi reyestrinin tərtib edilməsi və aparılmasını, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanmasını, sərfini, saxlanmasını, onlara nəzarət olunması prosedurunun müəyyən edilməsini qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirir.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmasına və digər qeydiyyat hərəkətlərinin aparılmasına dair reyestr elektron daşıyıcılar üzərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun və digər hüquqi aktların tələblərinə uyğun olaraq təşkil edilmişdir.

Nəqliyyat vasitələrinin pararel olaraq elektron müraciət əsasında qeydiyyata alınması və digər qeydiyyat hərəkətlərinin aparılması, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsi (dəyişdirilməsi) “e-gov dövlət xidmətləri” portalı vasitəsi ilə həyata keçirilir.

Rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və ərizənin elektron forması yerləşdirilərək, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilmişdir.

Nəqliyyat vasitəsi uçota alınarkən Dövlət Müfəttişliyində nəqliyyat vasitələrinin texniki göstəriciləri və nəqliyyat vasitələrinin mülkiyyətçilərinə dair bütün məlumatlar Avtomatlaşdırılmış İnformasiya Sistemi (AİS) “Dövlət Texniki Nəzarət” proqramı vasitəsilə Daşınar əmlakın rəsmi reyestrinə daxil edilir və dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazası yaradılmışdır. Reyestr kağız və elektron daşıyıcıları üzərində aparılır.

Dövlət müfəttişliyi nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə əlaqədar müasir tipli nəqliyyat vasitəsinin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanması və bu sahədə beynəlxalq təcürbənin öyrənilməsini öz fəaliyyətində rəhbər tutur və rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə Dövlət Müfəttişliyinin 19İ nömrəli 26 aprel 2016-cı il tarixli əmrinə əsasən “Səyyar Xidmət” Qrupu yaradılmışdır.

“Səyyar Xidmət” Qrupu operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipinə əsaslanaraq, yerlərdə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, qeydiyyatdan yayınmış texnikaların qeydiyyata alınmasını həyata keçirir.

Yarandığı qısa müddət ərzində qrup tərəfindən respublikanın Şirvan, Qazax, Quba, İmişli, Masallı, Bərdə, Ağsu, Beyləqan, Ağcabədi, Balakən, Qax, Saatlı, Salyan, Şəki, Şamaxı, Göygöl, Şəmkir, Yevlax, Cəlilabad, Lənkəran, Hacıqabul, Siyəzən, Zərdab, Qobustan, Ağstafa, Astara, Füzuli, Cəbrayıl və digər rayonlarında tədbirlər keçirilərək 6000-ə yaxın vətəndaşlara xidmət göstərilmişdir. Bununla bərabər qeyd etmək lazımdır ki, “Səyyar Xidmət” Qrupu respublikanın bütün rayonlarında kənd təsərrüfatı sahəsində çalışan mexanizatorların sürücülük vəsiqələrinin dəyişdirilməsini və texnikaların qeydiyyata alınmasını müntəzəm olaraq həyata keçirməkdədir və 2018-ci ildə də bu tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsində “Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması” ilə bağlı inzibati tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli Qərarı ilə inzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formaları təsdiq edilmişdir.

Odur ki, Dövlət Müfəttişliyi tərəfindən yuxarıda qeyd olunan maddənin və qərarın icrasına 2017-ci ilin yanvar ayından start verilmiş və bu müddət ərzində 400 ədəddən artıq protokol tərtib edilmiş və nəticədə 30000 manatdan artıq vəsait dövlət büdcəsinə daxil olmuşdur.

“Aqrolizinq” ASC-nin elektron sistemi ilə Dövlət Müfəttişliyinin avtomatlaşdırılmış informasiya sisteminin bir-biri ilə inteqrasiyası təmin edilmişdir. Belə ki, “Aqrolizinq” ASC-yə məxsus yeni texnikalar müfəttişlikdə qeydiyyata alınarkən bütün qeydiyyat məlumatları “Aqrolizinq” ASC-nin elektron sisteminə daxil olur və əksinə “Aqrolizniq” ASC-i ilə sahibkar arasında bağlanmış müqavilələr birbaşa Dövlət Müfəttişliyinin elektron sisteminə daxil olur. Bu da texnikanın qeydiyyat sənədlərinin hazırlanmasının qısa müddətdə başa çatdırılmasına şərait yaradır.

2017-ci ildə ümumrespublika üzrə cəmi mexanizatorlara – 5391 ədəd sürücülük vəsiqəsi verilmiş və dəyişdirilmiş, 7000-dən artıq nəqliyyat vasitəsi qeydiyyata alınmış və 37000-dən artıq nəqliyyat vasitəsinə texniki baxış keçirilmişdir.

Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilmişdir.

Bu müddət ərzində “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin qeydiyyatının (uçotunun) aparılması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və bu sahədə nəzarətin təmin olunmasına dair” Təlimatın və “Azərbaycan Respublikasında traktorların, traktor yedəklərinin (qoşqularının), digər kənd təsərrüfatı və meliorasiya maşınlarının və mexaniki nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi, istismara yararlı nəqliyyat vasitələrinə texniki baxış talonunun verilməsi, uçotunun aparılması, dövlət texniki baxışın nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılması” Qaydaları layihələri hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmiş, dövlət qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi beynəlxalq standartlara uyğun olaraq layihələndirilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasını, kadrları, maliyyəni və təşkilati işləri əhatə edəcək yeni proqram hazırlanmış, ilin sonunadək tətbiq edilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2017-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdir.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il tarixli 1138 nömrəli Fərmanının 1.3-cü bəndinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-nin icrasını təmin etmək məqsədilə regionlarda pambıqçılığın inkişafı ilə bağlı bu sahəyə cəlb edilən nəqliyyat vasitələrinin ərazilərdə dövlət texniki baxışının keçirilməsinin təşkili və bu prosesdə askar olunan nasaz nəqliyyat vasitələrinin pambıq yığımınadək saz vəziyyətə gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və pambıq yığımına hazırlıq işləri ilə bağlı Dövlət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu və rayon (şəhər) müfəttişlikləri gücləndirilimiş iş rejiminə keçirilmişdir.

Respublikanın rayonlarında pambıqçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir və 2018-ci ildə də bu tədbirlər davam etdiriləcəkdir.

2017-ci ildə Dövlət Müfəttişliyində müasir standartlara uyğun dövlət qeydiyyat nişanlarının hazırlanması üçün yeni cihaz alınmış və 2018-ci ilin yanvar ayından istehsalı nəzərdə tutulmuşdur.

2017-ci ildə yeni müasir standartlara uyğun plastik kartlara keçirilməsi məqsədilə OKİ markalı priterlər, kağızkəsən və laminasiya (presləyən) cihazları alınmış, 2018-ci ilin yanvar ayından Dövlət Müfəttişliyində istehsal olunacaqdır.

2017-ci ildə yeni müasir standartlara uyğun plastik kartlara keçirilməsi məqsədilə OKİ markalı priterlər, kağızkəsən və laminasiya (presləyən) cihazları alınmış, 2018-ci ilin yanvar ayından Dövlət Müfəttişliyində istehsal olunacaqdır.

2017-ci ildə respublika üzrə mövsümi texnikaların standartlara uyğun saxlanılması və nəzarəti, o cümlədən Aqrolizinq ASC-yə məxsus texnikalarının inventarizasiyasına başlanılmış, 2018-ci ildə bu tədbirlər davam etdiriləcəkdir.

Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq Dövlət müfəttişliklərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq standartların mənimsənilməsi və tətbiqi ilə bağlı tədbirlər 2018- ci ildə də davam etdiriləcəkdir.

2016-cı il üzrə illik Hesabatı!

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikasının aqrar-sektorunun inkişaf etdirilməsinin və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar ölkədə kənd təsərrüfatı sahəsinin dinamik inkişafı üçün böyük zəmin yaratmışdır. Bunun nəticəsində aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ-hüquqi baza təkmilləşdirilmişdir.

Dövlət Müfəttişliyində 2015-ci ildə yaradılmış avtomatlaşdırılmış informasiya sistemində bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, texniki baxışın nəticələrinin və ipoteka yüklülüyünün qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi) və sair xidmətlər elektron qaydada təşkil edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan avromatlaşdırılmış informasiya sisteminin təkmilləşdirilməsi işləri 2016-cı ildə davam etdirilmiş və bu sistemlə digər dövlət orqanlarının elektron sisteminə inteqrasiya edilməsi 2017-ci ildə Müfəttişliyin iş planında nəzərdə tutulmuşdur.

Dövlət Müfəttişliyinin “texnaz.gov.az” saytı, “azerbashdovtexnaz @mail.ru” elektron ünvanı yaradılmışdır.

Dövlət Müfəttişliyində traktorların və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu kağız üzərində və paralel olaraq elektron qaydada təşkil olunmuşdur.

Dövlət Müfəttişliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, avtomatlaşdırılmış informasiya sistemi texnikaların qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, ipoteka ilə yüklülüyü, qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanının verilməsi, texniki baxışdan keçirilməsi, bütün bu proseslərin izlənilməsi və lazımi hesabatların hazılanması, texnikaların parametrlərinə görə operativ axtarışarın təmin edilməsinə imkan yaratmışdır. Həmçinin bütün qeydiyyat sənədləri (qeydiyyat şəhadətnamələri və talonları) sürücülük vəsiqələri elektron sistem vasitəsilə hazırlanır, bu da mülkiyyətçilərin (sahibkarların) vaxt itkisinin və digər neqativ halların qarşısını alınmasında müstəsna rol oynayır.

2016-ci ildə Dövlət Müfəttişliyində texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması məqsədilə sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbul olunması təmin edilmişdir. Bu sahədə respublikanın on iki bölgəsində (Bakı, Sumqayıt, Quba, Bərdə, İmişli, Goranboy, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ) imtahan-qeydiyyat şöbələri yaradılmışdır ki, bu da vətəndaşların regionlar üzrə imtahanların test üsulu ilə tam şəffaflığın təmin edilməsinə imkan yaradır. Həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini vermək üçün nəzəri imtahan qəbulu test üsulu ilə proqramlaşdırılaraq Dövlət Müfəttişliyinin elektron informasiya bazasına (AİS) inteqrasiya edilmişdir.

“Aqrolizinq” ASC-nin elektron sistemi ilə Dövlət Müfəttişliyinin avtomatlaşdırılmış informasiya sisteminin bir-biri ilə inteqrasiyası təmin edilmişdir. Belə ki, “Aqrolizinq” ASC-yə məxsus yeni texnikalar müfəttişlikdə qeydiyyata alınarkən bütün qeydiyyat məlumatları “Aqrolizinq” ASC-nin elektron sisteminə daxil olur və əksinə “Aqrolizniq” ASC-i ilə sahibkar arasında bağlanmış müqavilələr birbaşa Dövlət Müfəttişliyinin elektron sisteminə daxil olur. Bu da texnikanın qeydiyyat sənədlərinin hazırlanmasının qısa müddətdə başa çatdırılmasına şərait yaradır.

2016-ci ildə Dövlət Müfəttişliyində texnikanın qeydiyyata alınması üçün 5032 ədəd müraciət daxil olmuş, 29000 ədəd saz texnika dövlət texniki baxışdan keçirilmiş və 43 ədəd ipotekaya yüklü texnika qeydiyyata alınmışdır. Həmçinin, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 3751 müraciət daxil olmuş və icrası təmin edilmişdir ki, bu da ötən ilə nisbətən 3 dəfədən də artıqdır. Bu göstəricinin yüksək olmasında müfəttişliyin “Səyyar Xidmət”inin böyük rolu olmuşdur.

Xəzinədarlıq Agentliyi orqanlarında açılmış Dövlət Müfəttişliyinin xüsusi hesabına “Dövlət rüsumu haqqında” Azərbaycan Respunlikası qanununun tələblərinə uyğun olaraq müfəttişlər tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə 2016-ci il ərzində 442257 manat məbləğində dövlət rüsumu daxil olmuşdur.

“Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında” Əsasnamənin 3-cü hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetiriliməsini təmin etmək məqsədilə Dövlət Müfəttişliyi tərəfindən ərizə formasının, özüyeriyən texnikaların dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, müayinə aktının, asma və qoşulan texnikaların dövlət qeydiyyatı talonunun, dövlət texniki baxışının keçirilməsi üçün talonun müasir standartlara cavab verən xüsusi qoruyucu elementləri olan nümunələri hazırlanmış və Nazirliyin 2016-cı il “11” yanvar tarixli “01” nömrəli əmri ilə təsdiq edilmiş və qeyd olunan sənədlər bu gün respublika üzrə tətbiq edilməkdədir.

Respublikada qeydiyyata alınmış texnikaların öz istismar müddətini başa vurduğunu, ətraf mühitin çirklənməsini, təhlükəsizlik və məhsul itkisi baxımında əlverişsiz olduğunu nəzərə alaraq istismar müddəti çoxdan başa çatmış texnikaların qanuna müvafiq silinməsi üçün (illər üzrə) komissiya təşkil etmək və bu məqsədlə müvafiq orqanlar qarşısında məsələ qaldırılması məqsədəuyğun olardı.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən daşınar əmlakın reyestrində 31.12.2016-cı il tarixə cəmi 68672 ədəd mexaniki nəqliyyat vasitələri və onun qoşquları, o cümlədən özüyeriyənlər 53069 ədəd, traktor yedəyi 7450 ədəd, asma qoşulan 8108 ədəd, stasionar qurğular 45 ədəd qeydiyyata alınmışdır.

Bunlardan istehsal illəri üzrə: 1956-1980-cı il 5300 ədəd; 1981-1990-cı il 29.000 ədəd; 1991-2000-ci il il 8500 ədəd və 2001-2016-ci il 26872 ədəd təşkil etmişdir.

Texnikaların istismar müddəti 8-12 il olduğunu nəzərə alsaq və respublika üzrə qeydiyyata alınmış texnikalardan 26872 ədədi (ümumi texnikaların 40%-i) istismara yararlıdır. Bu da texnika parkının əsaslı yenilənməsi və ətraf mühiti qorumaq üçün köhnə texnikaların silinməsi üçün zərurəti yaranır.

Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsində “Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması” ilə bağlı inzibati tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli Qərarı ilə inzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formaları təsdiq edilmişdir.

Dövlət Müfəttişliyi tərəfindən yuxarıda qeyd olunan maddənin və qərarın icrasına 2017-ci ilin yanvar ayından başlanılmışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Dövlət Müfəttişliyinin 19İ nömrəli 26 aprel 2016-cı il tarixli əmrinə əsasən yerlərdə traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi üçün “Səyyar Xidmət” qrupu yaradılmışdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə Səyyar Xidmət Qrupu artıq Quba, Qazax, Bərdə, Şəki, Şirvan, Masallı, Ağsu, Göy-göl, Qobustan, Saatlı, Beyləqan, Cəlilabad, Zərdab, Lerik rayonlarında 3000-dən artıq etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri müasir standartlara uyğun sürücülük vəsiqələri ilə əvəz edilmişdir. Bununla bərabər qeyd etmək lazımdır ki, “Səyyar Xidmət” qrupu 2017-ci ildə də respublikanın bütün rayonlarında kənd təsərrüfatı sahəsində çalışan mexanizatorların sürücülük vəsiqələrinin verilməsini, dəyişdirilməsini və qeydiyyatdan yayılmış texnikaların qeydiyyata alınmasını müntəzəm olaraq həyata keçirəcəkdir.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin hesabat dövründə əmək funksiyalarını vaxtında və layiqincə yerinə yetirmədiklərinə görə Gəncə şəhər, Abşeron, Şəmkir və Qusar rayonunlarının Dövlət Texniki Nəzarət Müfəttişliyinin müfəttişləri işdən azad edilmiş, Tovuz, Ağcabədi, Beyləqan, Oğuz rayonlarının müfəttişlərinə töhmət verilmiş və Ağstafa, Zaqatala, Sabirabad, Cəlilabad rayonlarının müfəttişlərinə isə xəbərdarlıq edilmişdir.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi öz fəaliyyətində Kənd Təsərrüfatı Nazirliyinin əsasnaməsini, Nazirliyin hüquqi aktlarını, Dövlət Müfəttişliyin Əsasnaməsini öz fəaliyyətində rəhbər tutaraq irəli gələn məsələlərin yerinə yetirilməsi üçün bundan sonra da lazımi tədbirlər görəcəkdir.